BƏRDƏDƏ QƏZETLƏRİN SATIŞINA QADAĞA QOYULUB

Artıq 3 gündür ki, (21-22 may) “Gündəlik Bakı”, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin Bərdədə satışına qadağa qoyulub.

Qadağaya səbəb qəzetlərin Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin və Prezident Aparatının şöbə müdiri Taryel Ağayevin qardaşı İbrahim Ağayevin toy məclisində öz qohumları tərəfindən döyülməsi haqqında məlumatın çap edilməsi olub”. Bu haqda məlumatı RATİ-yə “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli verib. 
 “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da verilmiş məlumatı  təsdiq etdi:
 “Üç gündür ki, Bərdəyə qəzetlər gedir. Amma köşklərdə satılmır. Ora göndərilən qəzetlərin nə edildiyindən isə xəbərimiz yoxdur”. 

Previous Post

“AZADLIQ” QƏZETİNİN KEÇMİŞ REDAKSİYASININ YERİNDƏ 4 MƏRTƏBƏLİ BİNA TİKİLİR

Next Post

“DALĞA” OMBUDSMAN APARATI QARŞISINDA “MİRZƏ SAKİTƏ SAHİB ÇIXIN” ADI ALTINDA AKSİYA KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.