DEVİD KRAMER AZƏRBAYCANDA İNSAN HAQLARI SAHƏSİNDƏ VƏZİYYƏTİN GETDİKCƏ PİSLƏŞDİYİNİ DEYİB

ABŞ dövlət katibinin insan hüquqları üzrə keçmiş köməkçisi Devid Kramer “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmadığını və getdikcə daha da pisləşdiyini deyib. O, dövlət katibi Hillari Klintonun iyul ayının əvvəlində Azərbaycana səfərindən sonra da vəziyyətin dəyişmədiyini bildirib.

“Hillari Klontonun səfərindən az sonra jurnalist Eynulla Fətullayev uzunmüddətli həbs cəzasına məhkum edildi. Atasının dəfni üçün müvəqqəti azadlığa buraxılmış blogger Emin Milli (Abdullayev) yenidən məhbəsə qaytarıldı. Hazırkı situasiya ilə bağlı fikirləriniz nədir?” –  sualına cavab olaraq Kramer deyib ki, vəziyyət yaxşı deyil və getdikcə daha da pisləşir: “Fikrimcə, vəziyyət yaxşı deyil və getdikcə daha da pisləşir.  Hesab edirəm ki, xanım Klintonun səfərindən sonra bu tezlikdə Fətullayevin məhkum edilməsi aydın siqnal idi ki, Qərbin nə düşündüyü prezident İlham Əliyevin vecinə deyil və zənnimcə, bu çox təəssüfləndirici haldır.  Fətullayevin məhkum edilməsi və blogerlərin situasiyası Azərbaycanın reputasiyasına ləkədir.  Avropa Şurası və ABŞ bu məsələni hökumət qarşısında qaldırıb.  Amma hələ ki, biz Azərbaycanda müsbət dəyişiklik görmürük.  Bu, hökumətin tərsliyindən və ya bivecliyindən xəbər verir.  Yaxud onlar düşünürlər ki, ABŞ-ın Azərbaycanda daha böyük maraqları və yatırımları var, və  ona görə də bu növ davranışı özlərinə rəva görə bilərlər” – deyə Kramer bildirib.

Previous Post

CƏLAL ƏLİYEVİN “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Next Post

FRANSA HÖKUMƏTİ EYNULLA FƏTULLAYEVƏ ÇIXARILMIŞ YENİ HÖKMLƏ BAĞLI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.