DEVİD KRAMER KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Azərbaycanda rəsmi səfərdə olan ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini Devid Kramer bu gün (18 noyabr) bir qrup KİV və media QHT-si rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycanda söz və mətbuat azadlığının durumu, xarici radiostansiyaların milli tezliklərlə yayımının dayandırılması təhlukəsi, həbsdə olan jurnalistlərin durumu və s. məsələlər müzakirə edilib.

Görüşdə "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlınskiy, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Day.az" saytının direktoru Elnur Baimov, "Mediaforum" xəbər saytının direktoru Azər Qaraçənli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, Qadın Jurnalistlər Birliyinin ("Women's Media Watch") sədri Sevinc Osmanqızı və digərləri iştirak edib.
Kramer Bakı səfərinin təfərruatları barədə görüş iştirakçılarına məlumat verib. O, səfəri çərçivəsində   prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və digər şəxslərlə də görüşdüyünü bildirib.
Previous Post

“XARİCİ RADİOLARA QADAĞA QOYAN AVROPA STANDARTI YOXDUR”

Next Post

İNFORMASİYA SORĞUSUNUN CAVABLANDIRILMAMASI İLƏ BAĞLI DAHA 2 ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.