“DAY.AZ” VƏ “ANSPRESS.COM” RUS HAKERLƏRİNİN HÜCUMUNA MƏRUZ QALDI

Bu gün (11 avqust) Azərbaycanın ən populyar  iki saytı – “day.az” və “anspress.com” haker hücumuna məruz qalıb.

“Saytımız bu gün üç dəfə rus hakerlərinin hücumuna  məruz qalıb. Amma hər dəfə bu hücumların qarşısını ala bilmişik”. Bunu RATİ-yə “anspress.com” saytının şef-redaktoru Aytən Səfərova bildirdi. Onun sözlərinə görə, bu hücumlarda məqsəd Gürcüstanı tam şəkildə informasiya blokadasına almaqdır: “Gürcüstan saytlarının əksəriyyəti artıq dağıdılıb. Biz və “day.az”  isə Gürcüstanla bağlı bütün məlumatları yaymaqda davam edirik. Həm də bizim Gürcüstanda müxbirimiz operativ olaraq hadisə yerindən də xəbərləri çatdırır. Yəqin ki, bu da rusların xoşuna gəlmir”.
“anspress.com” saytından fərqli olaraq ”day.az” saytı bu gün dağıdılıb. 
Saytın baş redaktoru Elnur Baimovun “Azadlıq” radiosuna verdiyi məlumata görə, Rusiya-Gürcüstan münaqişəsi başlayan gündən, yəni avqustun 8-dən Rusiya tərəfindən haker hücumları başlanıb.
Qeyd  edək ki, saat 16.30 radələrində dağıdılmış “day.az” saytı saat 18.20 radələrindən bərpa olunub.
Previous Post

VƏKİL ƏLAYİF HƏSƏNOV “AZADLIQ” QƏZETİNİN HƏBSDƏKİ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞƏCƏK

Next Post

QƏNİMƏT ZAHİDOV ŞEYXİN JURNALİSTLƏRİN AZAD OLUNMASINA YARDIMÇI OLACAĞINA ÜMİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.