QƏNİMƏT ZAHİDOV ŞEYXİN JURNALİSTLƏRİN AZAD OLUNMASINA YARDIMÇI OLACAĞINA ÜMİD EDİR

Dünən (11 avqust) həyat yoldaşı Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) görüşüb.

Bu haqda məlumatı RATİ-yə A. Mürsəliyevanın özü verib: "Qənimətin saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur, əsas şikayəti səhhətində olan ağrılarla bağlıdır".
Həyat yoldaşı ilə görüşü zamanı Q. Zahidov Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxül İslam Hacı Allahşükür Paşazadənin jurnalistlərin əfvi haqqında prezidentə müraciət edə biləcəyi ilə fikirlərini də cavabsız qoymayıb. Belə ki, Q. Zahidov əfv  haqqında şeyxə rəsmi müraciət etmək fikrində olmadığını bildirib. A. Mürsəliyeva Q. Zahidovun bu məsələ ilə bağlı dediklərini də RATİ-yə çatdırdı. "Bütün Azərbaycan ictimaiyyəti, eləcə beynəlxalq ictimaiyyət  etmək imkanında olmadığım və etmədiyim bir əmələ görə həbs edildiyimi bilir. Qafqaz dindarlarının dini rəhbəri olaraq Şeyx də bu  məsələyə hər zaman müdaxilə edə bilər və özü də əmin ola bilər ki, mən şərlənərək həbs edilmişəm. Bir iman (dindar-red.) adamı olaraq şeyxin bir günahsızı şərdən qorumaq və xilas etmək  imkanı varsa, o, bunu etməlidir. Bunu həyata keçirmək üçün şeyxin böyük və geniş imkanları var. Əgər bu dediklərimi müraciət kimi qiymətləndirmək mümkündürsə, qoy elə belə də olsun", – deyə Qənimət Zahidov bildirib.
Previous Post

“DAY.AZ” VƏ “ANSPRESS.COM” RUS HAKERLƏRİNİN HÜCUMUNA MƏRUZ QALDI

Next Post

“GÜNDƏLİK BAKI”YA QARŞI QALDIRILMIŞ İDDİA GERİ GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.