REFERENDUMLA BAĞLI VƏTƏNDAŞ FORUMU KEÇİRİLDİ

Bu gün (23 fevral) Azərbaycan Media Mərkəzində “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi” (SMDT) təşkilatının təşəbbüsü ilə martın 18-də keçiriləcək referendumla bağlı vətəndaş forumu keçirildi.

Forumu giriş sözü ilə açan SMDT sədri Anar Məmmədli, təşviqat qruplarının qeydə alınmasında və onların təbliğat aparmasında ayrıseçkiliyə yol verildiyini bildirib:“Referendum öncəsi xarici radioların FM tezliyində yayımının dayandırılması söz azadlığına basqı olmaqla yanaşı həm də təşviqat qruplarını bərabər imkanlardan məhrum edib”.
Tədbirdə daha sonra çıxış edən “Sülh və Demokratiya İnstitutunun” sədri Leyla Yunus, təşviqat qruplarının qeydiyyata alınması üçün Sabirabad rayonunda imza toplayan şəxslərin həbs olunmasını misal gətirərək, bunu tərəflərə bərabər şəraitin yaradımmamasını kimi qiymətləndirdi. L. Yunus  onu da bildirdi ki, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər hələ də aradan qaldırılmayıb.
Tədbirdə çıxış edən digər iştirakçılar da referendumla bağlı ciddi qanun pozuntularına yol verildiyini bildirdilər və baş verənlərin referendumun şəffaf keçiriləcəyini şübhə altına aldığını qeyd etdilər.

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,197/lang,az/

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALDIR

Next Post

“DAY.AZ SATILDI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.