Hörmətli Cənab Devid Plaf

Mən, sizin ötən həftə Azərbaycanda etdiyiniz çıxışdan  əldə etdiyiniz 50 min ABŞ dolları miqdarında qonorarı demokratiyanı dəstəkləyən qruplara vermək qərarına gəlməyinizi təqdirəlayiq hal hesab edirəm.

Yəqin  bilirsiniz ki, bu pulun mənbəyi müəmmalıdır və Azərbaycan cəmiyyətində bəzi insanlar bu qonorarın verilməsini, Azərbaycan iqtidarına yaxın qüvvələrin ABŞ prezidenti Barak Obamanın iltifatını qazanmaq istəyi kimi anlayırlar.
Mən yerli demokratiyayönümlü, mətbuat azadlığının müdafiə qurumu olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədriyəm və sizə 50 min ABŞ dolları məbləğində qonorarın 20 min dollarını Azərbaycanda ədalətsiz həbs edilən jurnalistlərinin ailələrinə bağışlamağınızı təklif etmək istərdim. Bu jurnalistlərin hamısı saxta ittihamlarla məhkum olunublar və məhkəmədə onlara qarşı həqiqətə uyğun heç bir dəlil təqdim olunmayıb. Onların həbs olunmalarının əsl səbəbi höküməti amansız tənqid etmələri olub. Onlar beynəlxalq səviyyədə siyasi məhbus kimi tanınıblar.
Bu jurnalistlər azadlıqdan məhrum edildikdən sonra, ailələri böyük maliyyə problemləri ilə üzləşmişdir. Eynulla Fətullayev (terrorizm və vergidən yayınma), Sakit Zahidov (narkotik vasitələrdən istifadə etmə), Qənimət Zahid (xuliqanliq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və Müşfiq Hüseynov (rüşvət alma) həbs edilməmişdən əvvəl ailələrinin yeganə qazanc gətirən üzvləri olublar. Sakit Zahidovun beş, Qənimət Zahidovun dörd, Müşfiq Hüseynovun iki övladı var. Eynulla Fətullayev isə həbs olunmazdan əvvəl yaşlı valideyinlərinin qayğısına qalırdı.
Ümüd edirə ki, ədalətsiz həbs olunmuş jurnalistlərə yardımdan əlavə, aldığınız qonorarın qalan hissəsini, şəffaf şəkildə Azərbaycanda demokratiyanın inkişafı naminə  həyata keçirilə biləcək bir neçə qrant lahiyəsinin maliyyələşdirilməsinə xərcləyəcəksiniz. Bu şərəfli yolla, mənbəyi müəmmalı olan 50 min ABŞ dolları Azərbaycan xalqına qaytarıla bilər.
Biz sizin bu məktuba cavabınızı səbrsizliklə gözləyirik və lazım gələrsə, Azərbaycanın ədalətsiz həbs olunmuş jurnalistlərinin ailələrinə yardım fondu ilə bağlı rəsmi qrant təklifini sizə təqdim etməkdən çox məmnun olardıq.
 
Hörmətlə,Emin Hüseynov
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri
Previous Post

VƏKİLİ MİRZƏ SAKİTƏ BAŞ ÇƏKİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.