HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün (16 fevral) Ayəndə Mürsəliyeva, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Mürsəliyevanın özü verib. Onun sözlərinə görə baş redaktor saxlanma şəraitindən və səhhətindən şikayət etməyib və vaxtının çox hissəsini ingilis dilli kitablar oxumaqla keçirir.
Xatırladaq ki, Q. Zahid Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

Hörmətli Cənab Devid Plaf

Next Post

JURNALİST BARƏSİNDƏ ÖLKƏNİ TƏRK ETMƏMƏK HAQQINDA QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.