TOMAS HAMMERBERQ AZƏRBAYCANDA GÖRÜŞLƏR KEÇİRİB

Avropa Şurasının insan hüquqları üzrə Komissarı Tomas Hammerberq Azərbaycana səfəri çərçivəsində dünən (02 mart) prezident İlham Əliyevlə görüşüb. Görüşdə insan haqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Hammerberq həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, Media Hüquqları İnstitutunun sədri Rəşid Hacılı, media eksperti Ələsgər Məmmədli və Demokratiya Monitorunun rəhbəri Fuad Həsənovla görüşüb. Görüş zamanı Azərbaycanda söz azadlığının vəziyyəti, media problemləri və həbsdə olan jurnalistlər barədə məsələlər müzakirə edilib. Bundan əlavə digər hüquq müdafiə təşkilatlarının rəhbərləri ilə ilə də görüşən T. Hammerberqə ölkədəki ictimai-siyasi vəziyyət və siyasi məhbuslarla bağlı məlumat verilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşovla da görüşən Tomas Hammerberq dünən Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Previous Post

“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ“ ÇƏRÇİVƏSİNDƏ DEBAT KEÇİRİLDİ

Next Post

İCTİMAİ BİRLİK ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.