SÖZ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Bu gün (22 yanvar) Söz Azadlığının Müdafiə Komitəsinin növbəti toplantısı keçirilib.

Toplantıda “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı son təxribat, o cümlədən  “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin, həbsdə olan bloggerlər – Emin Milli və Adnan Hacızadənin məsələsi, eyni zamanda Vətəndaş Cəmiyyətini narahat edən digər məsəllərin müzakirəsi aparılıb. Toplantı iştirakçıları problemlərin həll olunması üçün müxtəlif təkliflər irəli sürüblər. Nəticədə qərara alınıb ki, bu istiqamətlər üzrə daha effektiv və səmərəli fəaliyyət göstərmək üçün komitə çərçivəsində ciddi strukturlaşmaya ehtiyac var. Bununla bağlı yanvarın 25-də stukturlaşma məsələlərinin həll edilməsi və növbəti addımların müzakirə edilməsi üçün toplantı keçiriləcək.
 
Previous Post

“SÖZ AZADLIĞI MƏHDUDDUR, YOXSA PEŞƏKARLIQ ÇATIŞMIR?” MÖVZUSUNDA DEBAT KEÇİRİLİB

Next Post

TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLƏV NEFT AKADEMİYASINDAN XARİC OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.