AZƏRBAYCAN TELEKANALLARINDA APARICILARIN PEŞƏKARLIĞI İLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Bu gün (17 mart) Azərbaycan Media Mərkəzində “Azərbaycanda televiziya aparıcıları peşəkardırlarmı?” mövzusunda debat keçirilib.

Debat Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələri arasında aparılırdı. Tələbələrdən biri telekanallarda aparıcıların peşəkar olmadığını, digər tələbə isə bunun əksini iddia edirdi. Müzakirələrdə aparıcıların peşəkarlıq səviyyəsi, telekanallara işə götürmə qaydası, xəbər və diskussiya aparıcıları arasında fərqlər, telekanallarda canlı yayımlanan verilişlərin az olması və s. məsələlərə toxunulub.
    Debata ekspert kimi dəvət edilən telapaparıcı İlhamə Novruzova televiziyalarda aparıcıların peşəkarlığının aşağı olduğunu iddia edən tələbə ilə tam razı olduğunu və bu sahədə ciddi problemlərin mövcudluğunu vurğuladı.
    RATİ-nin nümayəndəsi Rəsul Cəfərov ötən ilin may ayından 8 ümumrespublika telekanalının monitorinqini apardıqlarını bildirərək, onun nəticələri əsasında aparıcıların peşəkarlığını qiymətləndirib. Cəfərovun sözlərinə görə, siyasi fiqurların və siyasi mövzuların işıqlandırılması baxımından Azərbaycanda peşəkar aparıcı yoxdur. O “Azad dalğalar” layihəsi çərçivəsində yaradılan http://tv-radio.az/ saytı barədə iştirakçılara məlumat verdi, monitorinq nəticəsində aparıcıların qeyri-peşəkarlığını nümayiş etdirən kadrların bu saytda toplandığını bildirdi və həmin kadrlardan bir neçəsini nümayiş etdirdi.
 
Previous Post

İCTİMAİ BİRLİYİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI

Next Post

MƏLUMAT ƏLDƏ ETMƏK HÜQUQU İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.