Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət və İnzibati Xətalar Kollegiyasında hakim Vera Quyumovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin 27 iyul 2009-cu il tarixdə Naxçıvan şəhər Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Naxçıvan şəhər Məhkəməsinin çıxardığı qərarı ləğv edərək, işin təkrar baxılması üçün Naxçıvan şəhər Məhkəməsinə göndərilməsi haqqında qərar çıxarıb.
Xatırladaq ki, 27 iyul 2009-cu il tarixdə Naxçıvan şəhər Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə RATİ-nin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvan şəhər Polis Şöbəsinin rəisi Səbuhi Novruzovun fəaliyyətsizliyi haqda qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilmişdi. Hakim müxbirin polisə verdiyi şikayət ərizəsi ilə guya sonradan maraqlanmadığını əsas gətirərək, iddianı rədd etmişdi.
Qeyd edək ki, 29 yanvar 2009-cu il tarixdə saat 18:55-də RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun istifadə etdiyi mobil telefon nömrələrinə hədə xarakterli zənglər olunub. Özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs Elman Abbasovun və həmkarı Həkimeldostu Mehdiyevi təhqir edib və ölümlə hədələyib. Habelə həmin şəxs müxbirlərin redaksiya kimi istifadə etdikləri Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin Naxçıvan şəhər, Atatürk prospekti 33 ünvanında yerləşən ofislərini partladaraq onları öldürəcəyini bildirib. Təxminən 10 dəqiqə sonra həmin şəxs “Azadlıq” radiosunun və “Turan” İnformasiya agentliyinin müxbiri Məlahət Nəsibovanın da mobil telefonuna zəng edərək müxbiri ölümlə hədələyib. M.Əliyev 4 fevral 2009-cu il tarixdə saat 22:45-də isə H.Mehdiyevin mobil telefonuna zəng edərək növbəti dəfə jurnalistləri hədələyib və onların ünvanlarına nalayiq söyüşlərlə təhqir edib. Bununla bağlı da jurnalist rəsmi qaydada polisə müraciət edib, amma polis müraciətə baxmadığına görə məhkəməyə müraciət olunub.