HİLAL MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ MÜZAKİRƏLƏR KEÇİRİB

Hilal M (2)Yanvarın 18-də “Talişi Sədo” qəzetinin mühakimə edilən redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin növbəti toplantısı keçirilib. Yığıncaqda hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən Hilal Məmmədovun müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə edilib. Komitə üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva beynəlxalq təşkilatların müdafiə işinə maraq göstərməsini vacib saydığını deyib.Artıq Hilal Məmmədovun adının AŞPA-nın siyasi məhbus məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısına salındığını bildirib. Eyni zamanda H.Məmmədovun “vicdan məhbusu” kimi tanınması istiqamətində fəaliyyət göstərməyi təklif edib.

Arzu Abdullayevanın fikrincə, Hilal Məmmədovun “vicdan” məhbusu kimi tanınması beynəlxalq qurumların məsələyə birbaşa müdaxiləsi imkanlarını artıra biləcək.

Müzakirələr zamanı ictimaiyyət fəallarının məhkəmə prosesində iştirakının təmin olunmasına səy göstəriləcəyi, cəmiyyətin vaxtaşırı məlumatlandırılacağı deyilib. Komitə məhkəmə prosesinin açıq keçirilməsi üçün bəyanat yaymağı nəzərdə tutur. Məhkəmənin gedişinin işıqlandırılması üçün elektron və media qurumlarına, internet saytlara müraciət ediləcək.

Eyni zamanda Azərbaycandakı diplomatik korpusun təmsilçilərinin prosesi izləməsi üçün bu qurumlara müraciət ünvanlanacaq. Komitə Hilal Məmmədova qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi lə bağlı yanvarın 24-də mətbuat konfransı keçirilməsi haqda qərar qəbul edib.

Xatırladaq ki, son məhkəmə iclasında Hilal Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə aid olan hissəsi qapalı, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsinə aid olan hissəsinin isə açıq keçirilməsi barədə qərar qəbul edilib. Növbəti proses 23 yanvar saat 10:30-a təyin edilib.

Xatırladaq ki, qeyd edilən maddələr üzrə təqsirləndirilən Hilal Məmmədova qarşı irəli sürülmüş ittiham təsdiqlənərsə, onu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Previous Post

ƏVƏZ ZEYNALLIYA QARŞI CİNAYƏT İŞİ UĞURSUZLUĞA UĞRAYIR

Next Post

JURNALİST ARAZ QULİYEVİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.