Məmmədlinin işi üzrə müdafiə tərəfin şahidləri dindirilib

anar

Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi  şahid ifadələri ilə davam edib.

Prosesdə müdafiə tərəfinin verdiyi vəsatətləri əsasında əlavə şahidlər  dindirilib.

Beləki Ədliyyə Nazirlyinin nəzdində fəaliyyət göstərən məhkəmə Ekspertizasının  mühasibatlıq üzrə eksperti  ifadə  verib.

Bu ekspert  ibtidai istintaq zamanı  yoxlama  aktları əsasında rəy verib.

Ekspert məhkəmədə verdiyi ifadəsində bildirib ki, onun vermiş olduğu rəy ibtidai istintaqın ona verdiyi  materiallar əsasında  olub.

Digər şahidlər isə öz ifadələrində bildiriblər ki, çalışdıqları SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin layihələrində iştirak ediblər və xidmət haqlarını vaxti vaxtında  alıblar.Heç bir qanun pozuntusu olmayıb.

Məhkəmə mayın 14-də saat 14:00-da davam edəcək.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb

Previous Post

Ömər Məmmədovun məhkəməsində şahidlər dindirilir

Next Post

Hüquq müdafiəçisi həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.