Hüquq müdafiəçisi həbs edilib

may 14th, 2014

Mayın 14-dəSalyan rayon məhkəməsi “Demokratiyaya yardım” İctimai Birliyininrəhbəri Emil Məmmədov barəsində 3 aylıqhəbs qətimkan tədbiri seçib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ)onun qardaşı İqrar Məmmədov bildirib.

Onun sözlərinə görə, E.Məmmədov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Lakin hüquq müdafiəçisi  ittihamları təkzib edir və onları siyasi motivli hesab edir.

E.Məmmədov dövlət vəkilindən imtina edib. Mayın 13-də saat 17.00-da saxlanılmış Məmmədovun doğmaları ilə görüşməsinə imkan vermirlər.

Xatırladaq ki, bu il aprelin 17-də təşkilatın digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müdətinə həbs edilib. O, təzyiq altında Məmmədova böhtan atıb ki, guya QHT rəhbərinin tapşırığı ilə o, rayon idarələrinin rəislərindən İnternetdə rüsvayedici materiallar yaymamaq üçün pul tələb edib. Məmmədov özü bir müddət əvvəl rayonda korrupsiya faktlarını ifşa etdiyinə görə cinayət işinin Salyan rayon icra başçısı tərəfindən saxtalaşdırıldığını bəyan edib.