Ömər Məmmədovun məhkəməsində şahidlər dindirilir

om

Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı  Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin iki əməkdaşı – Aqil Əliyev və Xəyal Nəsibov, habelə iki hal şahidi – Elnur Məhərrəmov və Ceyhun Əliyev ifadə veriblər.

Polislər bildiriblər ki, Məmmədov üzərində narkotik olması haqqında əməliyyat informasiyasına əsasən saxlanılıb.

Məmmədov özü bildirib ki, Narkotiklərə qarşı Mübarizə İdarəsində Ələkbərov soyadlı əməkdaş ondan etirafedici ifadələr almaq məqsədilə qabırğalarına 8 yumruq zərbəsi endirib.

Daha sonra vəkillər Məhərrəmovdan indiyədək başqa işlər üzrə hal şahidi olub-olmadığını soruşublar, o, inkaredici cavab verib.

Belə olduqda müdafiə tərəfi hakimə Bakı Ağır Cinayətlər Məhkəməsinin, Nəsimi və Nərimanov rayon məhkəmələrinin Məhərrəmovunbu işlər üzrə hal şahidi kimi iştirak etdiyi göstərilən qərarlarını təqdim edib.

Lakin hakim bu sənədi işə tikməkdən imtina edib ki, bu da vəkil Həsənovun fikrincə, görülməmiş qanun pozuntusudur.

Məmmədov özü bildirib ki, o saxlanılarkən heç bir hal şahidi iştirak etməyib, o, onları yalnız Narkotiklərə qarşı Mübarizə İdarəsindəgörüb, burada onlar hansısa sənədləri imzalayıblar. Bu zaman Məhərrəmov fəala deyib ki, “niyə siyasətlə məşğul olursan, axı ölkədə hərşey yaxşıdır”.

Qeyd edək ki, məhkəmə prosesi mayın 22-də saat 11.00-da davam etdiriləcək.

Xatırladaq ki, Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və“Vətəndaş həmrəyliyi” partiyasının üzvüdür. Həbsindən sonra o,NİDA hərəkatına qayıdıb. Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014 cü il yanvarındanarkotik ittihamı ilə həbs edilib.

Previous Post

İttiham tərəfin şahidlərinin dindirilməsi sona çatıb

Next Post

Məmmədlinin işi üzrə müdafiə tərəfin şahidləri dindirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.