“DEMOKRAT” QƏZETİNİN FOTOREPORTYORU 8 SAAT POLİSDƏ DİNDİRİLİB

Aprelin 26-da “Demokrat” qəzetinin fotoreportyoru Elçin Hidayət Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağrılıb. Bu barədə bu gün (27 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Hidayətin özü  məlumat verib.

E. Hidayət bildirdi ki, dünən əl telefonuna zəng edərək, onu  Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə dəvət ediblər:

“Polis bölməsində 8 saata qədər oldum. Məni bölmənin  rəisi Cəbrayıl Vəliyev qəbul elədi. 17 aprel mitinqi ilə bağlı sorğu-sual edildim, mitinqin  təşkilatçıları, məqsədləri barədə mənə suallar verildi”, – deyə bildirən E. Hidayət qeyd etdi ki, bu dindirmədən sonra  ona facebookda mitinqlə əlaqədar çağırışlar, yazılar qoymamağı da məsləhət görüblər. Həmçinin polis rəisi onun YAP –a üzv olmağını da tövsiyə edib.

E. Hidayət qeyd etdi ki, bölmədə sorğu-sual edilən zaman  polis əməkdaşları  onun telefonundan bəzi nömrələri qeyd etsələr  də, bu nömrələrin kimlərin olduğunu  özü görə bilməyib.

Previous Post

MİTİNQDƏ HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HÖKUMƏT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARININ İCRA EDİLDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.