MİTİNQDƏ HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Aprelin 27-də  Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə  hüquq müdafiəçisi  Vidadi İsgəndərov barəsində  Nəsimi rayon Məhkəməsinin 18 aprel 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxıldı.

Prosesdə hüquq müdafiəçisi Vidadi İsgəndərov və vəkili Akif Əlizadə, eləcə də media nümayəndələri iştirak edirdilər.

Vəkili  Vidadi İsgəndərovu Nəsimi rayon Polis İdarəsinə gətirən polis əməkdaşlarının şəxsiyyətinin müəyyən edilərək məhkəməyə şahid qismində dəvət edilmələrini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli məhkəmə araşdırmasının aparılmamağına dair vəsatət qaldıraraq, habelə onun əsassız həbs olunduğunu bildirərək dərhal azad olunmağına dair məhkəmənin qərar verməsini xahiş etdi.

Daha sonra Vidadi İsgəndərov çıxış edərək, həbsinin sifarişli olduğunu və hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyi üçün həbs edildiyini dedi.

Hakim A. Abdinbəyov  müşavirəyə getdi və o müşavirədən qayıdandan sonra  vəsatətlərin təmin edilmədiyini və Nəsimi rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar verdi.

 

Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

 

Previous Post

“İNTERNET AZADLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ” MÜZAKIRƏ EDİLİB

Next Post

“DEMOKRAT” QƏZETİNİN FOTOREPORTYORU 8 SAAT POLİSDƏ DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.