DEPUTAT JURNALİSTƏ QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRƏCƏK

“Ədalət” partiyasının sədri və Milli Məclisin deputatı İlyas İsmayılov “Nota” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı qaldırdığı iddianı geri götürəcək

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. İsmayılovun köməkçisi Elxan Şükürlü verib. E.Şükürlü bu addımı onunla izah edib ki, bu iddiaya əsasən jurnalistə həbs cəzası verilə bilər və bundan onun ailəsi ziyan görə bilər. Həmçinin F. Novruzoğlu son zamanlar ona qarşı edilən təzyiqlərlə bağlı ölkə başçısına müraciət ünvanlayıb və jurnalistin yaxın qohumuna qarşı bədbəxt hadisələr baş verib. İ. İsmayılov isə bu hadisələrdə adının hallanmasını istəməməsinə görə öz iddiasını geri götürəcək. E. Şükürlü onu da qeyd edib ki, F. Novruzoğlu deputat haqqında yazdığı xoşagəlməz ifadələrə görə üzr istəməlidir.
Məsələyə münasibət bildirən F. Novruzoğlu isə İ. İsmayılov haqqında məhkəmə predmetinə çevriləcək heç bir yazı yazmadığını və ona görə də üzr istəməyəcəyini söyləyib.
Xatırladaq  ki, iddiaya səbəb “24 saat ” qəzetinin 28 may 2008-ci il tarixli sayında “Rusiya İlyas İsmayılovun üstündən xətt çəkib” (Məqalədə İsmayılov separatçılarla əlaqəli olmaqda və Rusiyanın sifarişi ilə fəaliyyət göstərən siyasətçi olmaqda ittiham edilib) başlıqlı məqaləsi olub. İ. İsmayılov iddiasında jurnalistin həbs edilməsini tələb edib.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA QALDIRILDI

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.