HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (3 mart) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov)  görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Mürsəliyeva verib. Baş redaktorun saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti olmadığını bildirən A. Mürsəliyeva  Q. Zahid qarşıdan gələn Novruz bayramı münasibəti ilə həbsdə olan jurnalistlərin əfv ediləcəyinə inanmadığını da bildirib: ”Bu bayramda da  həbsdə olan jurnalistlərin əfv olunacağına inanmıram, ümid ancaq siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyinatıdır”.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

DEPUTAT JURNALİSTƏ QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRƏCƏK

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR” ELMAR HÜSEYNOVUN İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.