“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEVƏ QARŞI NÖVBƏTİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

“İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu barədə məlumat APA-ya Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilib.

Belə ki, N. Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinir. Cinayət işinə hakim Azər Orucovun sədrlik etdiyi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin hazırlıq iclası sentyabrın 18-ə  təyin olunub.
Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiasına əsasən CM-nin 148-ci maddələri ilə təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrum edilib.   

Previous Post

RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKARA AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ VERİLMİR

Next Post

“NOTA” QƏZETİ İLƏ DAXİLİ QOŞUNLAR KOMANDANLIĞI ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.