MÜĞƏNNİ “SPONSOR” SÖZÜNƏ GÖRƏ TƏHQİR OLUNDUĞUNU İDDİA EDƏRƏK JURNALİSTİ MƏHKƏMƏYƏ VERİB

Bu gün (21 yanvar) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə müğənni Vasif Məhərəmlinin  "ANS-Press"-in  müxbiri Vüqar Kamiloğluna qarşı Cinayət Məcəlləsinin 147.1 (böhtan ) maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesinə hazırlıq iclası keçirildi.

Məhkəmə prosesində iddiaçı Vasif Məhərrəmli və onun vəkili Teymur Baloğlanov,  cavabdeh tərəfdən isə Vüqar Kamiloğlu və onun nümayəndəsi Tofiq Hacıyev iştirak edirdi. İddiaçının vəkili T. Baloğlanov çıxış edərək bildirdi ki, 01 dekabr tarixində  “ATV” telekanalında yayımlanan "El içində" verilişinin çəkilişi zamanı "ANS-Press"-in müxbiri Vüqar Kamiloğlu müğənni Vasif Məhərrəmliyə qarşı böhtan xarakterli sual ünvanlayıb: “O, “Bakılı qız” klipinin sponsorunun Abel Məhhərəmovun qardaşı olması barədə Vasif Məhərrəmliyə sual ünvanlayıb. Bu isə böhtan xarakterli sualdır, bu səbəbdən işin icraata götürülməsini xahiş edirəm”.
Müğənni Vasif Məhərrəmli isə çıxışında “sponsor” sözünü son zamanlar seksual azlıqlara şamil edildiyini iddia etdi və bu ifadəni özünə qarşı təhqir kimi qiymətləndirdiyini bildirdi.
Cavabdeh tərəfin nümayəndəsi Tofiq Hacıyev isə çıxış edərək “Reklam haqqında” qanuna istinad edərək bildirdi ki, “sponsor” sözü hər hansısa layihənin maliyyələşdirilməyi ilə məşğul olan şəxsə deyilir: “Bu səbəbdən də həmin söz “təhqir olunma” kimi qəbul oluna bilməz.  Bunun üçün də hakimdən işə baxılmamış xitam verilməsini xahiş edirəm”.
V.Kamiloğlu isə çəkliş zamanı işlətdiyi sözlərin heç biri ilə müğənnini təhqir etmək fikrində olmadığını bildirdi.
Sonda hakim F. Talışinskiy işə mahiyyəti üzrə baxmaq üçün sözü gedən verilişin video yazısının məhkəməyə təqdim edilməsini iddiaçı tərəfdən tələb etdi və məhkəmə prosesinə hazırlıq iclasını yanvar ayının 30-u saat 17:00-a qədər təxirə saldı.
Qeyd edək ki, hakim açıq məhkəmə iclasında RATİ əməkdaşına foto və video çəkiliş aparmağa icazə verməyib.
Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİNİN MƏHKƏMƏSİ OLUB

Next Post

RADİOSTANSİYANIN FƏALİYYƏTİNƏ QANUNSUZ OLARAQ XİTAM VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.