EYNULLA FƏTULLAYEV HAQQINDA FİLM ÇƏKİLƏCƏK

Norveç televiziyasının  rejissoru Erling Borgen “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin  baş redaktoru,  həbsdə olan jurnalist Eynulla Fətullayev haqqında film çəkəcək. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin atası Emin Fətullayev məlumat verib.

““Söz azadlığı” fondunun dəstəyi ilə təsis olunmuş mükafatın qalibləri olan jurnalistlərlə Norveçdə səfərdə olduğum zaman Oslo şəhərində E.Borgen ilə görüşdüm. O bildirdi ki, Eynulla haqqında film çəkmək istəyir.  Qeyd edim ki, Borgen mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov haqqında da film çəkmiş və filmdə Eynullanın fikirləri də əks olunmuşdu. Lakin filmin hazırlıq prosesi bitəndə Eynullanı həbs  etdilər” – deyə Emin Fətullayev bildirdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR ZİDDİYYƏTLİ İFADƏLƏR VERİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.