2009 cu ilin iyun ayının 1-dən 6-dək Norveçin paytaxtı Oslo şəhərində Söz Azadlığı üzrə Qlobal Forum keçirildi. Forumun ilk iki günü ərzində PEN Klubu, İnsan Hüquqları Evi Şəbəkəsi və Beynəlxalq Söz azadlığı mübadiləsi (IFEX) üçün qapalı sessiyalar keçirildi. Çərşənbə Günü – iyun ayının 3-də tədbir ictimaiyyət üçün açıldı.
Norveç xarici işlər naziri Conas Gahr Store, 2004-cü il Nobel Sülh mükafatı laureatı Wangari Maathai və Əfqanıstanlı parlamentari Malalai Joya açılış mərasimində iştirak edirdilər.
Tədbirdə Azərbaycanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun iki nümayəndəsi – təşkilatın direktoru Emin Huseynov və koordinator Sara Paulsworth, Azərbaycanda Qadın Hüquqlarının Müdafiə Assosasiyasının direktoru Novella Cəfəroğlu və Azərbaycan İnsan Hüquqları Mərkəzinin Direktoru Eldar Zeynalov təmsil edirdilər. Onlar dünyanın başqa yerlərindən gəlmiş insan haqları müdafiəçiləri ilə birgə bütün dünyada söz azadlığı qorunması barədə ideya və təcrübələri bölüşdülər.
Forumun proqramında 500-dən çox iştirakçı, 230 təşkilat və 103 ölkədən gəlmiş nümayəndələrin qatıldığı 29 simpozium, 28 seminar, 4 azad özünüifadə şəbəkəsinin görüşü, 3 mükafat, 3 mühazirə, 3 film, 3 təqdimat və 2 sərgi var idi.