DİNDARLARIN AKSİYASININ DAĞIDILMASI ZAMANI JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

Bu gün (6 may) Təhsil Nazirliyinin qarşısında ötən ilin noyabrında məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq keçirilən aksiyada peşə fəaliyyətini yerinə yetirən bir qrup jurnalist polisin fiziki təzyiqinə məruz qalıblar.

Belə ki, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Fakt Xəbər” portalının əməkdaşları  – Tural Həsənli və  Vüqar Huseynov  peşə fəaliyyətini yerinə yetirdikləri zaman mülki və polis geyimli şəxslərin təzyiqilə üzləşiblər.

Tural Həsənlinin RATİ-yə verdiyi məlumata görə, hadisə yerində çəkiliş aparan dəqiqələrdən polislərin aqresiv rəftarı ilə qarşılaşıbıar:  “Mənim özümün gözümə və qollarıma polis qaz sıxdı. Sonra çəkiliş aparanda fotokamerami dəyənəklə vuraraq, yerə saldı. İtələyərək, söyüş söyərək, mənə təzyiqlər  etməyə başladılar”, –  deyə jurnalist bildirib.

Previous Post

VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏSİ MAYIN 10-DA DAVAM EDƏCƏK

Next Post

İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.