FƏTULLAYEVƏ YALNIZ HÖKUMƏTYÖNÜMLÜ QƏZETLƏR VERİLİR

“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan”  qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev dünən (24 fevral) jurnalistlə görüşüb.

. Bu barədə RATİ-yə  məlumat verən Emin Fətullayev bildirib ki, “Eynullanın vəziyyəti normaldır. Sadəcə olaraq, onlara müxalifət qəzetləri verilmir. Yalnız hökumətyönlü qəzetlərləri oxuya bilirlər”.Bu məsələyə münasibətini öyrənmək üçün Fətullayevin vəkili İsaxan Aşurovla əlaqə saxladıq. Jurnalistə hökumətyönlü qəzetlərdən başqa digər qəzetlərin verilməməsini vəkil jurnalistin informasiya almaq hüququnun pozulması kimi qiymətləndirdi.

Previous Post

RATİ ZAHİDOVA HÖKM OXUYACAQ HAKİMƏ MÜRACİƏT ETDİ

Next Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.