“Tənqidçi qəzetlərin Lənkəranda satışına qoyulmuş özünəməxsus qadağa davam edir”.
Bu barədə RATİ-yə “24 saat” qəzetinin Lənkərandakı müxbiri Rahim Həşimli məlumat verdi. Rahim Haşımlının sözlərinə görə, bu gün (07 avqust) özü digər həmkarları ilə Lənkərandakı qəzet köşklərində monitorinq aparıblar: “Köşklərdə “24 saat”, “Bizim yol”, “Note bene” və Lənkəran barədə mütəmadi olaraq tənqidi məqalələr dərc edən digər qəzetlərin ümumiyyətlə satışa çıxarılmadığının şahidi olduq”.
Jurnalistin verdiyi məlumata görə, qəzet köşklərinin satıcılarına tənqidçi qəzetləri satışa çıxarmamaq barədə tapşırıq verilib: “Satıcılar sifarişin kim tərəfindən verildiyini deməyə çəkinirlər. Onlar qəzetləri satışa çıxaracaqları təqdirdə işsiz qalacaqlarını bildirirlər”.