EYNULLA FƏTULAYEV AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI GÖZLƏYİR

Dünən (22 avqust) "Realniy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində oğlu ilə görüşüb.

RATİ-nin əməkdaşı ilə söhbətində Emin Fətullayev oğlunun saxlanma şəraitindən və ona olan münasibətdən şikayətinin olmadığını və səhhətinin normal olduğunu bildirib. Atasının sözlərinə görə, baş redaktor çoxlu sayda kitab oxumaqla məşğuldur.
"Eynulla adının əfv fərmanına salınacağına inanmır və səbirsizliklə Avropa Məhkəməsinin qərarını gözləyir. Elə mən də bu qərarı gözləyirəm", – deyə jurnalistin atası əlavə edib.

Previous Post

ƏSGƏRLƏR MƏCBURİ ŞƏKİLDƏ İFADƏ VERDİKLƏRİNİ ETİRAF EDİBLƏR

Next Post

QƏNİMƏT ZAHİDOV REVMATİZMDƏN ƏZİYYƏT ÇƏKİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.