Dünən (22 avqust) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Mənzil İstismar Bölüyünün əsgəri Əli Yusifovun "Gündəlik Bakı" qəzeti və qəzetin baş redaktoru Habil Vəliyevə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.
Bu haqda məlumatı RATİ-yə "Gündəlik Bakı" qəzetinin əməkdaşı Üzeyir Cəfərov verib: "Müdafiə tərəfinin şahidləri dindirildi. Təəssüflər olsun ki, bu gün də Müdafiə Nazirliyinin onlarla əsgəri heç bir aidiyyatı olmadan məhkəmə zalına gətirilmişdi. Onlar məhkəmə zalında çox böyük özbaşınalığa yol verdikləri üçün hakim tərəfindən zaldan çıxarıldılar. Məhkəmə prosesi yalnız zərərçəkən, təqsirləndirilən şəxslərin və vəkillərin iştirakı ilə davam etdirildi. Bununla belə ifadə vermək üçün məhkəmə zalına gətirilən bir neçə əsgər onlara istintaqa məcburən ifadə verilməsi haqqında göstərişin Mənzil İstismar Bölüyünün komandiri mayor Fikrət Mirzəyev tərəfindən verilməsini məhkəməyə bildirdilər". Ü.Cəfərov həm müdafiə, həm də zərərçəkən tərəfin bütün şahidlərinin dindirldiyini qeyd edərək, məhkəmə prosesinin avqust ayının 28-də saat 15.00-da çıxışlarla davam edəcəyini və bundan sonra məhkəmənin müşavirəyə gedəcəyini bildirdi.
Xatırladaq ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunur. İddiaya görə, o, Müdafiə Nazirliyinin istifadəsinə verilmiş ərazidə xeyir-şər evi tikdirmiş və bu il fevral ayının 25-də həmin xeyir-şər evi Müdafiə Nazirliyi İstismar İdarəsinin Mənzil İstismar Xidməti Bölüyünün əsgərləri tərəfindən sökülərkən, guya baş redaktor əsgər Yusifova xəsarət yetirib və nəticədə əsgərin çeçələ barmağı əzilib.