QƏNİMƏT ZAHİDOV REVMATİZMDƏN ƏZİYYƏT ÇƏKİR

Dünən (24 avqust) həyat yoldaşı Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) görüşüb.

Bu haqda məlumatı RATİ-yə A. Mürsəliyevanın özü verib: ”Qənimətin saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur, əsas şikayəti səhhəti ilə bağlıdır”.
Ayəndə Mürsəliyevanın sözlərinə əsasən, revmatizm xəstəliyindən əziyyət çəkən  baş redaktorun ayaqlarında kəskin ağrıları var. “Qənimət ayağındakı ağrılarla əlaqədar  həkimə müraciət edib. Müayinədən sonra həkim ona dərman yazıb və mən dünən dərmanları ona aparmışam”, – deyə A. Mürsəliyeva qeyd edib.
Previous Post

EYNULLA FƏTULAYEV AVROPA MƏHKƏMƏSİNİN QƏRARINI GÖZLƏYİR

Next Post

İKİ BEYNƏLXALQ TƏŞKİLAT NOVRUZƏLİ MƏMMƏDOV BARƏDƏ SƏNƏD QƏBUL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.