ELEKTRON HÖKUMƏT: FƏALİYYƏT VƏ PROBLEMLƏR

 

Bu gün RATİ Onlayn İfadə Təşəbbüsü Kampaniyası çərçivəsində Kanadanın Yerli Təşəbbüslər Fondunun maliyyə dəstəyi ilə “Elektron hökumət layihəsi üzrə maarifləndirmə işi” adlı konfrans keçirib. Beynəlxalq Mediaya Dəstək təşkilatının proqram rəhbəri Gülnarə Axundovanın moderatorluğu ilə keçirilən konfransda çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov dövlət qurumlarının elektron hökumət yaradılması sahəsində atdığı bir cox ugurlu addımları təqdir edib. İCT sahəsində mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün informasiya texnologiyaları universiteti yaradılmasına dövlət sərmayələri yatırılmasını müsbət dəyərləndirib. Eyni zamanda İCT sahəsinə dövlət sərmayələrindən daha çox özəl, xüsusilə xarici sərmayənin cəlb olunmasının daha zəruri olduğunu vurğulayıb. İCT-nin inkişafını ənqəlləyən amillər sırasında internet paylaşdırıcı infrastrukturun zəif inkişafını, internet trafikin baha olduğunu qeyd edən Emin Hüseynov bu günlərdə kosmosa çıxarılması nəzərdə tutulan Azərbaycanın ilk telekommunikasiya peykinin ölkə vətəndaşlarının internetə catımlıq imkanlarını qücləndirəcəyinə ümid etdiyini deyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı İlqar Mahmudov məruzəsində tələbə qəbulu ilə bağlı elektron xidmətə 2006-cı ildən başladıqlarını deyib. 2006-cı ildə elektron xidmətdən cəmi 2 min nəfər istifadə edibsə, 6 il ərzində bu rəqəm ölkənin bütün təhsil müəssisələrini əhatə edib. Hazırda komissiya 12 növ elektron xidmət həyata keçirir. Qarşıda tələbə hazırlığı üçün sayta video mühazirələrin yerləşdirilməsi, on-line sınaq imtahanlarının aparılması, elektron attestatların verilməsi, virtual apellyasiya kimi xidmətlərin təşkili durur. “ASAN” xidmətinin əməkdaşı Anar Hüseynov qurumun 21 gündür fəaliyyətə başladığını, 23 növ üzrə xidmət həyata keçirildiyini bildirib. 21 gün ərzində 9 min vətəndaş quruma müraciət edib. Xidmət öz işini vahid əlaqələndirmə şəklində, dövlət qurumları ilə qarşılıqlı informasiya əlaqələri qurmaq istiqamətlərində icra edir. Hələlik Bakının Nəsimi və Nərimanov rayon sakinlərinə xidmət göstərilir. İlin sonuna kimi paytaxtın bütün rayonlarının, gələcəkdə isə Sumqayıt sakinlərinə xidmət nəzərdə tutulur. “ASAN” -ın fəaliyyəti həm də korrupsiya və rüşvətə qarşı mübarizə kimi dəyərləndirilib. İREX –in media eksperti Ələsgər Məmmədli elektron hökumət sahəsində görülən işləri müsbət qiymətləndirsə də yetərli saymayıb. 40 dövlət qurumunun 400-ə yaxın elektron xidmət göstərdiyi halda bunların bir çoxunun səmərəli olmadığını deyib. Həm də elektron xidmətin tək Bakını əhatə etməsinə tənqidi yanaşıb. Rayonlarda internetə ciddi ehtiyac olmasına baxmayaraq bu məsələnin tam həllini tapmaması qeyd olunub. Media qurumlarının Elektron hökumət sahəsindəki problemlərə diqqəti artırması vacib hesab edilib.

Previous Post

Hilal Məmmədov məhkəməyə etiraz olaraq prosesdə qulaqlarını və ağzını bağlayaraq üzünü divara çevirib

Next Post

Bəyanat:Bakıda vətəndaş cəmiyyətinə təzyiqlərin fonunda vəziyyət getdikcə pisləşir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.