HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (01 fevral) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb.

A.Mürsəliyevanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, baş redaktor revmatizm ağrılarından əziyyət çəkdiyini bildirsə də, ümumi vəziyyətinin normal olduğunu və saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.
Previous Post

REDAKTOR OĞLUNUN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

YENİ RƏYƏ GÖRƏ FƏTULLAYEVDƏN GÖTÜRÜLƏN ANALİZLƏRDƏN HEROİN İZLƏRİ AŞAKARLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.