BAŞ REDAKTORA HƏDƏ-QORXU GƏLİNİB

Bu gün (23 sentyabr) “Korrupsiya və Cəmiyyət ” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu telefonla təhdid olunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən M.Əhmədoğlunun sözlərinə görə  zəng edən Şəki şəhər sakini Məmmədov Kazım Adışirin oğlu olub.

“Mən həmin şəxsin Şəki Şəhəri İcra Hakimiyyətində şöbə müdiri işləyən oğlu – Məmmədov Raminin həqiqi hərbi xidmətdə olmamasının səbəbi ilə bağlı Respublika Hərbi Komissarlığına sorğu göndərmişəm. K.Məmmədov da bundan xəbər tutub və mənə zəng edərək, ailəmi izləyəcəyini bildirdi” – deyən Məmməd Əhmədoğlu bildirdi ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.  O vurğuladı ki, özü və ya ailəsi ilə bağlı hər hansı xoşagəlməz hadisə baş verərsə, məsuliyyəti hədələyən şəxs daşımalıdır.
Deyilənlərə münasibətini öyrənmək üçün baş redaktora zəng edən telefon nömrəsinə dəfələrlə zəng etsək də, zənglərimizə cavab verilmədi.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

EYNULLA FƏTULLAYEV FRANSA PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.