EYNULLA FƏTULLAYEV FRANSA PREZİDENTİNƏ MƏKTUB ÜNVANLAYIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Fransa prezidenti Nikola Sarkoziyə məktub ünvanlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  dünən (22 sentyabr) saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində baş redaktorla görüşən atası  Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

“Eynulla məktubunda Azərbaycandakı söz azadlığı sahəsində yaranan məhdudiyyətləri və jurnalistlərin əsassız həbs olunmasını Fransa prezidentinin diqqətinə çatdıraraq, bu məsələyə laqeyd qalmamasını ondan xahiş edib. ” – deyə Emin Fətullayev bildirdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

BAŞ REDAKTORA HƏDƏ-QORXU GƏLİNİB

Next Post

RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.