BAŞ REDAKTOR MƏHKƏMƏYƏ ÜZ TUTUB

 “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd Sumqayıt şəhər prokurorluğunun 20000 manat məbləğində cərimə olunması iddiası ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edib.

     Bu haqda RATİ-yə məlumat verən qəzetin əməkdaşı Elçin Həsənov onu da qeyd edib ki, hələ də indiyə kimi Sumqayıt şəhər prokurorluğu çıxardığı qərarın surətini iddiaçı tərəfə təqdim etməyib.

     Xatırladaq ki, “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd və qəzetin əməkdaşı Elçin Həsənov iyun ayının 27-də Sumqayıt dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov və prorektoru Məmməd Əhmədov tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalmışdılar. Bununla bağlı onlar Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdilər. Lakin prokurorluq işi üç ay gecikdirdikdən sonra 2007-ci il sentyabr ayında cavab məktubu göndərmişdir. Məktubda bildirilirdi ki, ərizədə göstərilənlər müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilir. Bundan sonra bir neçə dəfə təkrarən prokurorluğa müraciət edilsə də, müraciətlərə heç bir cavab verilməmişdi. Prokurorluğun məhkəməyə verilməsinə bu səbəb olub. 

Previous Post

JURNALİST NÖVBƏTİ DƏFƏ DÖYÜLÜB

Next Post

“LİDER” TELEKANALININ FƏALİYYƏTİ MÜSBƏT QİYMƏTLƏNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.