JURNALİST NÖVBƏTİ DƏFƏ DÖYÜLÜB

“Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov Səbail rayon 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalıb.

 RATİ-yə verdiyi məlumatda müxbir bildirib ki, 14 dekabr 2007-ci il tarixində “Azadlıq” qəzetinin baş redaktoru Q.Zahidin qanunsuz tutulmasına və ölkədə azad sözün boğulmasına etiraz piketini jurnalist kimi işıqlandırarkən polis tərəfindən döyülüb.    Jurnalistin sözlərinə görə, o Səbail rayon 39-cu polis bölməsinə gətirilib və orada təhqirlərə məruz qalıb. Bununla əlaqədar olaraq, Həsənov prezidentin şəxsi elektron ünvanına və Səbail Rayon Məhkəməsinə müraciət edib.
Previous Post

POLİSİN JURNALİSTİ DÖYMƏSİ HALLARININ OLMADIĞI İDDİA EDİLİR

Next Post

BAŞ REDAKTOR MƏHKƏMƏYƏ ÜZ TUTUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.