“LİDER” TELEKANALININ FƏALİYYƏTİ MÜSBƏT QİYMƏTLƏNDİRİLİB

APA-nın yaydığı məlumata görə, dünən Azərbaycan Milli Televiziya və Radio Şurasının keçirilən iclasında “Lider” telekanalında milli-mənəvi dəyərlərə, reklamların yerləşdirilməsinə, efir mədəniyyətinə əməl olunması ilə bağlı keçirilən monitorinqin nəticələri müzakirə olunub.

     İclasda kanalın milli-mənəvi dəyərlərə  münasibətdə, Azərbaycan dilindən istifadə sahəsində qanunvericiliyin tələblərinə daim əməl etməsi MTRŞ tərəfindən müsbət dəyərləndirilib. Bununla yanaşı, reklamların yerləşdirilməsi ilə bağlı qanun pozuntularına yol verdiyi üçün kanala xəbərdarlıq da edilib.  

 

Previous Post

BAŞ REDAKTOR MƏHKƏMƏYƏ ÜZ TUTUB

Next Post

AİLƏLƏRİ JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASINI İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.