BAŞ REDAKTOR PREZİDENTƏ MÜRACİƏT EDİB

“Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu prezident İlham Əliyevə müraciət edib.

O, müraciətində sentyabrın 13-də naməlum şəxslər tərəfindən döyülməsini və hadisəni törədənlərin hələ də tapılmamasını  ölkə başçısının diqqətinə çatdırıb. Baş redaktor vurğulayır ki, hələ bir müddət öncə naməlum şəxslər tərəfindən izlənməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsə də, heç bir tədbir görülməyib. Sentyabrın 13-də isə o, gecə saat 2-3 radələrində yaşadığı evin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisənin baş verməsindən 3 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq Nəsimi rayon prokurorluğu və Polis İdarəsinin apardığı tədqiqatlar heç bir nəticə verməyib. C. Ələsgəroğlu prezidentdən cinayətkarların tapılaraq məsuliyyətə cəlb edilməsi üçün hüquq mühafizə orqanlarına göstəriş verməyi xahiş edib.

     Xatırladaq ki, “Ayan” qəzetinin təsisçisi və baş redaktoru C. Ələsgəroğlu sentyabrın 13-də gecə saat 2.30-3.00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə  28 ünvanında yerləşən evlərinin həyətində naməlum şəxslər tərəfindən döyülmüş və aldığı xəsarət nəticəsində Semaşko adına xəstəxanaya yerləşdirilmişdi.

 

Previous Post

GƏNCLƏR GEDİŞ HAQLARININ ARTIRILMASINA ETİRAZ ETDİLƏR

Next Post

BEYNƏLXALQ TƏŞKİLATIN BƏYANATINDA AZƏRBAYCANDA ZORAKILIQ HALLARININ OLMASI VURĞULANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.