GƏNCLƏR GEDİŞ HAQLARININ ARTIRILMASINA ETİRAZ ETDİLƏR

Bu gün (5 oktyabr) bir qrup gənc Bakı Metropolitenində gediş haqlarının artırılması ilə əlaqədar olaraq etiraz aksiyası keçirdi.

Metropolitenin “Elmlər Akademiyası” stansiyasının çıxışından başlayan aksiyada əllərində etiraz şüarları yazılmış kağızlar tutan gənclər “Tağı, istefa”, “Qiymətlər endirilsin”, “Metro xalqındır” şüarları səsləndirərək, Bakı Dövlət Universitetinin (BDU) qarşısına qədər yürüş etdilər. BDU-nun qarşısında isə polislər BDU-ya giriş-çıxış qapısını bağlasalar da, heç kəs aksiyaçılara mane olmadı.  Ancaq təşkilatçılar aksiyanın baş tutduğunu bildirdilər.
Xatırladaq ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqları üç dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,326/lang,az/
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

Next Post

BAŞ REDAKTOR PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.