BAŞ REDAKTOR HAQQINDA 1 İL 6 AY MÜDDƏTİNƏ ŞƏRTİ CƏZA HÖKMU ÇIXARILDI

Bu gün (05 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun  sədirliyi ilə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Mənzil İstismarı Bölüyünün əsgəri Əli Yusifovun  "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı irəli sürdüyü iddia əsasında  məhkəmə prosesi yekunlaşdı.

Hakim Vəliyevin 1 il 6 ay müddətinə şərti cəza ilə cəzalandırılması haqqında hökm çıxardı. Çıxarılmış hökmu ədalətsiz hesab edən Vəliyev yaxın günlərdə apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunur. İddiaya görə, o, Müdafiə Nazirliyinin istifadəsinə verilmiş ərazidə xeyir-şər evi tikdirmiş və bu il fevral ayının 25-də həmin xeyir-şər evi Müdafiə Nazirliyi İstismar İdarəsinin Mənzil İstismar Xidməti Bölüyünün əsgərləri tərəfindən sökülərkən, guya baş redaktor əsgər Yusifova xəsarət yetirib və nəticədə əsgərin çeçələ barmağı əzilib.

Previous Post

RATİ MƏTBUAT MƏRKƏZİNİ PULSUZ OLARAQ ƏHALİNİN İSTİFADƏSİNƏ VERİR

Next Post

MİRZƏ SAKİT CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.