Prosesdə iddiaçı S. Əlibəyli, cavabdeh tərəfdən isə Gənclər və İdman Nazirliyinin baş hüquqşünası Rauf Əliyev iştirak edirdi.
Proses zamanı bəlli olub ki, S. Əlibəylinin “Nota” qəzetinin baş redaktoru olmasını təsdiq edən sənəd şikayət ərizəsinə əlavə olunmayıb. Bu səbəbdən məhkəmə prosesi 25 dekabr saat 11:00-a qədər təxirə salınıb.
Qeyd edək ki, S. Əlibəyli A. Rəhimova 08 oktyabr 2008-ci il tarixində informasiya sorğusu göndərərək “Nota” qəzetinin 05-11 oktyabr tarixli sayında dərc olunmuş “İki nazirin bir şadlıq evi” başlıqlı yazıya münasibət bildirməsini, habelə bir sıra sualları cavablandırmasını xahiş edib. Nazir isə sorğuya cavab verməyib. Buna görə də S. Əlibəyli Nərimanov rayon Məhkəməsinə müraciət edərək A. Rəhimovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, informasiya sorğusunun cavablandırılmasını və 100 min AZN məbləğində cərimələnməsini tələb edib.