REKTORUN QƏZETƏ VƏ JURNALİSTLƏRƏ QARŞI QALDIRDIĞI TƏKRAR İDDİA DA RƏDD EDİLDİ

Bu gün (22 dekabr) Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “Gündəlik Bakı” qəzetinə, qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyevə, baş redaktorun birinci müavini Üzeyir Cəfərova qarşı Cinayət Məcəlləsinin  147 və 148-ci  maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə RATİ-yə Ü.Cəfərov məlumat verdi.

Onun sözlərinə görə, prosesdə xüsusi ittihamçı Elşad Abdullayevin vəkili Gülhüseyn Adilov iştirak edib. “Biz artıq bu iddia üzrə məhkəməyə müraciət edildiyini və dekabrın 15-də hakim Svetlana Əhmədovanın sədrliyi ilə bu işə baxıldığını və iddianın rədd edildiyini  məhkəməyə bildirdik. Habelə biz məhkəməni aldatmaq istədiyi üçün və bizə qarşı əsasız iddialarını davam etdirdiyinə görə Elşad Abdullayev haqqında cinayət işinin başlanması barədə qərardadın çıxarılması tələbi ilə məhkəmə qarşısında vəsatət qaldırdıq”, – deyə qeyd edən Ü. Cəfərovun sözlərinə görə, sonda hakim onlara qarşı qaldırılmış  ittihamı rədd edib.
Xatırladaq ki, iddiaya  “Gündəlik Bakı ” qəzetinin  2008-ci il tarixli 194-cü sayında “Elşad Abdullayevin özü haradadır?” və 2008-ci il, 28 noyabr tarixli 218-ci sayında  “Elşad Abdullayev öz bacısı oğlunu tutdurub?” başlıqlı məqalələr səbəb olub.
Qeyd edək ki, bu dəfə də ABU-nun rektoru  Elşad Abdullayev Habil Vəliyevi və Üzeyir Cəfərovu Cinayət Məcəlləsinin  147, 148-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsini, özünə dəymiş mənəvi ziyana görə təqsirləndirilən şəxslərin hər birindən müvafiq olaraq  30 min AZN həcmində cərimələnməsini və bu vəsaitin öz hesabına keçirilməsini tələb edirdi.
 
Previous Post

EMİN HÜSEYNOVUN İŞİ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ QAYTARILDI

Next Post

REDAKTOR İNFORMASİYA SORĞUSUNU CAVABLANDIRMAYAN NAZİRİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.