“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİNDƏ HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Bu gün (25 dekabr) Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə 21 saylı orta məktəbin direktoru Fərrux Ağasıyevin  və bu məktəbin direktorunun təlim tərbiyə işləri üzrə müavini Zöhrə Yusubovanın "Gündəlik Bakı" qəzetinə qarşı qaldırdığı iddia əsasında qapalı məhkəmə  prosesi keçirilib.

Bu barədə RATİ-yə  "Gündəlik Bakı" qəzetinin baş redaktorunun 1-ci müavini Üzeyir Cəfərov məlumat verdi.
Onun sözlərinə görə, məhkəmədə iddiaçı tərəfin nümayəndəsi  Bakıxan Yusifov, cavabdeh tərəfdən  isə qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev, Ü. Cəfərovun özü və cavabdeh tərəfin nümayəndəsi Fariz Namazlı iştirak edib. Prosesdə hakim X. Məmmədov tərəflərə barışıq təklif edib.
“İddiaçı tərəfin nümayəndəsi tərəddüd etdi  və bu barədə iddiaçı tərəflə məsləhətləşməsinə ehtiyacın olduğunu dedi. Buna görə hakim məhkəmə prosesini  2009-cu ilin  yanvar ayının 13-ü saat 16:00-a qədər  təxirə saldı”, – deyə U. Cəfərov qeyd etdi.
Qeyd edək ki,  iddiaya “Gündəlik Bakı” qəzetinin 07 noyabr 2008-ci il tarixli sayında  “5-ci sinif şagirdi zorlandı” başlıqlı məqalə səbəb olub.
Previous Post

POLİS MÜXALİFƏTİN AKSİYASINI ZORAKILIQLA DAĞITDI

Next Post

BAŞ REDAKTOR NAZİRƏ QARŞI QALDIRDIĞI İDDİADAN İMTİNA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.