JURNALİSTİN ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLMƏDİ

dekabr 27th, 2007
Bu gün Yasamal rayon məhkəməsinin hakimi Elçin Qurbanovun sədrliyi ilə Üzeyir Cəfərovun Yasamal rayon Prokurorluğundan və Yasamal rayon Polis İdarəsindən verdiyi şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmənin qapalı keçirildiyini elan edən hakim RATİ-nin əməkdaşını məhkəmə zalından uzaqlaşdırdı. Iclas zamanı hakim şikayəti icraata götürməmək haqqında qərardad çıxarıb. Bu haqda RATİ-yə məlumat verən Ü.Cəfərov bildirib ki, üç gün ərzində qərardaddan Apellyasiya şikayəti verəcək.