HÜQUQ MÜDAFİƏÇİSİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbsdə olan gənc bloqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə əlaqədar dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Behbudovun özü məlumat verib.
Müraciətdə bloqçuların gənc olduqlarının nəzərə alınaraq, onların azad olunması üçün müvafiq tədbirlər görülməsini xahiş etdiyini deyən hüquq müdafiəçisi, yaxın günlərdə gənclərlə görüşmək üçün Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına gedəcəyini bildirdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ BLOQÇULARIN ŞİKAYƏTİNİ GERİ QAYTARIB

Next Post

İDDİANIN RƏDD OLUNMASI İLƏ BAĞLI BAŞ REDAKTORUN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.