ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Bu gün (21 aprel) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Behbudov özü məlumat verib. Onun sözlərinə görə, vərəm xəstəliyindən əziyyət çəkir və hüquq müdafiəçi bunu ilə əlaqədar vaxtından əvvəl həbsdən azad olmaslı ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktubla müraciət etdiyini də qeyd edib.
Həmçinin E. Behbudov Müşfiq Hüseynovun ondan inciməsi məsələsinə də toxundu: “Müşfiq məndən inciməyib və bizim münasibətlərimiz əvvəlki kimi normaldır”.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN İKİ İL ÖTÜB

Next Post

ƏRŞAD İBRAHİMOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ HƏLƏ DƏ BAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.