ƏRŞAD İBRAHİMOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ HƏLƏ DƏ BAXILMAYIB

Aprel ayının 17-də həbs olunmuş “Azadlıq” qəzetinin Gəncə üzrə bölgə müxbiri Ərşad İbrahimovun apellyasiya şikayətinə hələ də baxılmayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin yeni vəkili Əlayif Həsənov verib. İşlə yerində tanış olmaq məqsədi ilə Gəncə şəhərinə getmiş vəkilin sözlərinə görə, Ə. İbrahimovun əvvəlki vəkili Ramiz Abdullayev tərəfindən dünən (20 aprel) apellyasiya şikayəti verilməsinə baxmayaraq, Gəncə şəhəri Nizami rayon Məhkəməsi şikayəti Apellyasiya Məhkəməsinə göndərməyib. Hakim Zəki Babayev isə bunu kuryerin olmaması ilə izah edib.
Ə. Həsənov həmçinin onu da bildirib ki, artıq bu gün (21 aprel) Ərşad İbrahimovun şikayəti Apellyasiya Məhkəməsinə daxil olub və məhkəmə prosesi sabah günün birinci yarısına təyin edilib.
Xatırladaq ki, 17 aprel 2009 cu il tarixində “Azadlıq” qəzetinin Gəncə üzrə bölgə müxbiri Ərşad İbrahimov Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməliyyat istintaq şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib və ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 310-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə işi açılıb. Elə həmin gün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Zəki Babayev jurnalisti həmin maddə ilə təqsirli bilərək 10 sutka müddətinə azadlıqdan məhrum edib.
Previous Post

ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

MİKLOŞ HARAŞTİ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZADLIĞA ÇIXACAĞINA İNANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.