EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN İKİ İL ÖTÜB

Dünən (19 aprel) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Emin Fətullayevin sözlərinə görə, baş redaktorun vəziyyəti yaxşıdır, saxlanma şəraitindən heç bir şikayəti yoxdur. “Beynəlxalq Amnistiya” (“Amnesty İnternational”) təşkilat tərəfindən təşkil olunan kampaniya çərçivəsində E. Fətullayevə dəstək məktubları gəldiyini qeyd edən atası bildirdi ki, baş redaktorun ünvanına Kanada, Norveç, Fransa və Yaponiyadan yenə də 30-a yaxın məktub daxil olub.
Eynulla Fətullayevin həbsindən 2 il ötməsinə münasibətini bildirən atası Emin Fətullayev baş redaktorun günahsız olaraq həbs olunduğunu və buna təəssüf hissi ilə yanaşdığını bildirdi. Avropa Məhkəməsinin yekunlaşmaq üzrə olduğunu deyən E. Fətullayev Avropa məhkəməsinin daha düzgün qərar çıxaracağına ümid etdiklərini əlavə etdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN XEYRİNƏ DAHA BİR MƏHKƏMƏ QƏRARI

Next Post

ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.