“SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİK TƏDRİSİ” MƏRKƏZİ FORUM KEÇİRDİ

Bu gün (5 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Seçkilərin Monitorinqi və Demokratik Tədrisi” Mərkəzi qarşıdan gələn bələdiyyə seçkilərində müşahidəçilərin rolu və seçki kompaniyası zamanı onların hüquq və vəzifələri barədə Forum keçirildi.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  proqram koordinatoru Bəşir Süleymanlı mərkəzin fəaliyyət mexanizmi barədə Forum iştirakçılarına  məlumat verdi. Seçkilər zamanı dairə seçki komissiyalarının fəaliyyətində qeydə alınan qüsurların aradan qaldırılması və bu sahədə bir sıra səmərəli təkliflərin hazırlanaraq Milli Məclisə təqdim edildiyini deyən B. Süleymanlı növbəti seçkilərdə bu çatışmazlıqların aradan qaldırılması üçün seçki komissiyaları ilə birgə fəaliyyət göstərmənin vacibliyini vurğuladı.

Forumda Məntəqə Seçki Komissiyalarının nümayəndələri,  müşahidəçilər, könüllülər iştirak edərək, mövzu ilə bağlı  fikirlərini bildirdilər.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

“BİZİM YOL” QƏZETİNİN MÜXBİRİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.