ELMAR HÜSEYNOV FONDU MÜKAFATLARI TƏQDİM ETDİ

dekabr 17th, 2007

 Elmar Hüseynov Fondunun rəhbəri Şahbaz Xuduoğlunun RATİ-yə verdiyi məlumata görə “jurnalist araşdırmaları üçün keçirilən müsabiqənin birinci turu yekunlaşıb.

Müxtəlif jurnalistlərə kiçik qrant mükafatları verilmişdir. Onların 3-ü televiziya və radio jurnalisti, 6-sı yazılı mətbuatın əməkdaşlarıdır. İlkin layihənin qalibləri artıq müəyyənləşib: ANS televiziyasından Zəminə Əliyeva, “İnternyus Azərbaycan”dan Lalə Nəcəfova, “Azadlıq” radiosundan Babək Bəkir, “Bizim yol”  qəzetindən Qan Turalı, müstəqil jurnalist  Aynur Elgünəş, Nərmin Kamal, “Vedomosti” qəzetinin redaktoru Bela Zakirova və Lalə İsmayılova birlikdə, “Yeni Müsavat”dan Sevinc Telmanqızı, “Alma” qəzetindən Vəfa Cəfərova mükafatlandırılıblar. Qəzet jurnalistlərinin hər birinə 300 dollar, televiziya işçilərinə isə 500 dollar veəsait ayrılıb”. 

     Şahbaz Xuduoğlu layihənin əsas məqsədinin təhqiqat jurnalistikasını inkişaf etdirmək və bu sahəni stimullaşdırmaqdan ibarət olduğunu qeyd edib: “Bununla da Elmar Hüseynovun adını əbədiləşdirmək niyyətindəyik”.